Azərbaycanda pensiya yaşı azaldılsın – TƏKLİF

media-hightechnic-468x90

Azərbaycanda pensiya yaşının azaldılması təklif edilir.

Yeniacg.az-ın məlumatına görə, bu təkliflə deputat Əli Məsimli parlamentin bu gün keçirilən iclasında deyib.

Ə.Məsimli bildirib ki, orta ömür uzunluğu Azərbaycandan çox olan ölkələrdə kişilərin pensiya yaşı 63, qadınların pensiya yaşı isə 60-dır:

“Azərbaycanda da pensiya yaşının azaldılması vacibdir. Qadınların pensiya yaşının 65-ə çatdırılması dayandırılmalıdır”, – deyə Ə.Məsimli bildirb.

Qeyd edək ki, 1 iyul 2021 – 30 iyun 2022-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il 6 ay olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600