Azərbaycanda qadın sahibkarların sayı açıqlanıb

media-hightechnic-468x90

2025-ci ilin oktyabr 1-i vəziyyətinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 435 min 420 nəfər olub.

media-banner_tkm

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (26,1%), Lənkəran-Astara (10,3%), Qazax-Tovuz (7,9%) və Mərkəzi Aran (7,2%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Qeyd edək ki, fərdi sahibkarların 76.4%-ni( 1096659 nəfəri) kişilər, 23.6%-ni (338 761 nəfəri) isə qadınlar təşkil edib.

Xatırladaq ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kişi fərdi sahibkarların sayı 3.9% və ya 40.7 min nəfər, qadın fərdi sahibkarların sayı isə 6.7% və ya 21.2 min nəfər artıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05