Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər

media-hightechnic-468x90

Azərbaycanın stolüstü tennisçiləri Tatarıstanın paytaxtı Kazanda keçiriləcək “BRİCS Sports Games Kazan 2024” beynəlxalq multiidman tədbirində iştirak edəcəklər.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Yenicag.az-a bildiriblər ki, milli komanda turnirdə 8 idmançı ilə təmsil olunacaq.

Onlar bu məqsədlə sözügedən ölkəyə yola düşüblər.

Yığmanın heyətində Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Rüstəm Hacılı və Adil Əhmədzadə qüvvəsini sınayacaq. Beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasova da bu yarışda ölkəmizi təmsil edəcək. İyunun 13-də start veriləcək stolüstü tennis yarışlarına iyunun 16-da yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan “BRİCS Sports Games Kazan 2024” beynəlxalq multiidman tədbirinə 11 idman növündə – avarçəkmə, kanoe, cüdo, stolüstü tennis, qılıncoynatma, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, koreş, sambo, karate üzrə ümumilikdə 97 idmançı ilə qatılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600