Azərbaycanlı idmançının ölümünün təfərrüatı: Taksidə mübahisə və...  

media-hightechnic-468x90

Azərbaycanlı idmançı Xəzər Əliyevin Livanda yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişdiyini xəbər vermişdik.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, 4 gün öncə idmanın qarışıq döyüş sənəti olan MMA növü ilə məşğul olan X.Əliyevin ölümünün bəzi təfərrüatları məlum olub.

Əldə etdiyimiz məlumata görə, Xəzər Türkiyədə yarışda qələbə qazandıqdan sonra Livana istirahətə yollanıb. O, Beyrut şəhərində olarkən taksidə mübahisə edib və maşından enib. Az sonra isə başqa bir maşın gələrək Xəzəri vurub. Sürücünün özü idmançını xəstəxanaya aparsa da, ciddi xəsarət aldığından onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mərhumun cənazəsinin hələ də ölkəsinə göndərilmədiyi bildirilir.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05