“Azerros”un mənə nə dəxli var? “

media-hightechnic-468x90

ccdfdfgfjMilli Məclisin üzvü Aydın Abbasov “Azerros” Ağsaqqalar Şurasının sədri, Baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun sədrliyi ilə Moskvada fövqəladə toplantı keçiriləcəyindən xəbərsizdir. 

A.Abbasov  açıqlamasında bildirib ki, “Azerros”a aidiyyatı yoxdur və atasının belə bir tədbir keçirəcəyi barədə heç bir informasiyaya malik deyil: “Ümumiyyətlə, bu, nə tədbirdir? “Azerros”un mənə nə dəxli var? Bu barədə sualı atam Abbas Abbasova verin. “Azerros” öz saytında tədbirlər barədə hər şeyi yerləşdirir”. 

O, “Azerros”un 15 illik yubileyi ərəfəsində Moskvada Millətlər Evində keçiriləcək konfransa Bakıdan dəvətlinin olub-olmaması barədə də xəbərinin olmadığını söylədi. Qeyd edək ki, sözügedən tədbir Rusiya–Azərbaycan münasibətlərinə həsr olunub. 

Konfransda əsas müzakirə mövzuları “Rusiya–Azərbaycan münasibətlərinin tarixi”, “Rusiyanın ictimai həyatına, mədəniyyətinə, iqtisadiyyatına azərbaycanlıların töhfəsi”, “Rusiya–Azərbaycan münasibətlərinin inkişafında Rusiyanın Azərbaycan və Azərbaycanın rus icmalarının rolu”, “Rusiya və Azərbaycan xalqlarının əməkdaşlığında tarixi təcrübə” olacaq(teleqraf.com) .

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600