Bakı metrosunda qiymət artımı ilə bağlı xəbər yayıldı - Qurum HƏRƏKƏTƏ KEÇDİ

media-hightechnic-468x90
Son günlər “TikTok” sosial şəbəkəsində “Bakı Metropoliteni” QSC-nin adı ilə fəaliyyət göstərən səhifə cəmiyyətdə narahatlıq yaratmağa başlayıb. Sözügedən səhifə metroda qiymət artımı və digər önəmli mövzular barədə paylaşımlar edərək ictimaiyyətdə çaşqınlıq yaradır, səhifəni idarə edən şəxs isə profili “rəsmi hesab” kimi təqdim edir.

Yenicag.az xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün Oxu.Az-ın “Bakı Metropoliteni” QSC-yə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, həmin səhifə saxtadır:

“Bu səhifənin “Bakı Metropoliteni” QSC-yə heç bir aidiyyəti yoxdur. Vətəndaşlar ancaq “Facebook”, “Instagram”, “Linkedin” və “X” platformalarındakı rəsmi səhifələrimizi izləyərək məlumat ala bilərlər.

Sözügedən səhifənin bağlanması istiqamətində işlər görürük”, – açıqlamada deyilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa