Bakıda 60 yaşlı kişinin meyiti tapıldı

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Yenicag.az-a verilən məlumata əsasən, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Sklanoçkin Aleksey Yevgenyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.