Sahil Babayev Şərqi Zəngəzur idarəsinə rəis təyin etdi

media-hightechnic-468x90

Maliyyə Nazirliyinin yeni yaradılan Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinə rəis təyin olunub. 

Yenicag.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Nurlan Qələndar oğlu Mülkədarov təyinat alıb.

Qeyd edək ki, bu ilin may ayında rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ləğv edilərək onların bazasında Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa