Bakıda istirahət mərkəzində YANĞIN

Bakı şəhərinin Sabunçu rayonunda, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 25 m² olan taxta konstruksiyalardan ibarət kottec və bitişik ümumi sahəsi 25 m² olan digər kottecin ondulindən ibarət dam örtüyü 20 m² sahədə yanıb.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, kottecin qalan hissəsi və bitişik kotteclər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.