Rəsmi Bakı Rusiyaya xəbərdarlıq etdi!

media-hightechnic-468x90

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfini vəziyyəti süni şəkildə daha da gərginləşdirən addımlardan və bəyanatlardan çəkinməyə çağırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin və Rusiyanın ölkəmizdəki Səfirliyinin 2 iyul tarixli bəyanatlarında guya Azərbaycanda səfərdə olan Rusiya vətəndaşlarına və onların ailə üzvlərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən fiziki güc tətbiq edildiyi, habelə həbs olunmuş Rusiya vətəndaşlarına konsulluq dəstəyinin göstərilməsi ilə bağlı Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddialarını şərh edərkən deyib.

O qeyd edib ki, Rusiyanın müxtəlif şəhərlərində saxlanılan və cəzaçəkmə müəssisələrində olan Azərbaycan vətəndaşları ilə konsulluq görüşlərinin təşkil olunması üçün dəfələrlə edilmiş müraciətlərimizə Rusiya tərəfindən cavabların həftələrlə gecikdirilməsini Azərbaycan tərəfi heç zaman ictimaiyyətləşdirərək siyasiləşdirməyib.

“Qeyd edilənləri nəzərə alaraq, Rusiya tərəfini vəziyyəti süni şəkildə daha da gərginləşdirən addımlardan və bəyanatlardan çəkinməyə çağırırıq”, – A.Hacızadə vurğulayıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600