Bakıda məşhur restoranda nişan mərasimi keçirildi: 57 nəfər cərimələndi - FOTO

media-hightechnic-468x90

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Qaraçuxur qəsəbəsində yerləşən “Qədir Xum” restoranında nişan mərasimi keçirilməsinin qarşısı alınıb.

Bu barədə Daxili işlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nəzarət-profilaktik tədbir zamanı orada karantin qaydalarını pozan ümumilikdə 57 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Karantin qaydalarını pozan mərasim iştirakçıları və obyektin icarədarı cərimə olunublar. Polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbət apararaq karantin qaydaları barədə onları bir daha məlumatlandırıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600