Bakıda qadına zor tətbiq edən şəxs saxlanıldı

Polis əməkdaşları xidmətdən kənar vaxtda da ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə fəallıq göstərirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, paytaxtın Nizami rayonu ərazisində soyğunçuluq edən şəxs polis əməkdaşının sayıqlığı və çevikliyi sayəsində yaxalanıb.

Oktyabrın 17-də axşam saatlarında Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün əməkdaşı, polis baş serjantı Atakişi Quliyev xidmətdən kənar vaxtı Ə.Vəliyev küçəsindəki binaların birinin girişində bir nəfərin qadına zor tətbiq edərək pulqabısını götürüb aradan çıxdığını görüb və cəld onu təqib edərək saxlayıb.

Soyğunçuluqda şübhəli bilinən şəxs 25-ci polis şöbəsinə təhvil verilib.

Araşdırmalarla onun Şabran rayon sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tərlan Umayev olduğu, həmin qadının içərisində pulu və sənədi olan pulqabısını zorla əldə etdiyi müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanılıb.

COP29