Bakıda sərnişin avtobusu yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, şəhərin Xətai rayonunda “Daewoo” markalı sərnişin avtobusunun arxa təkəri yanıb.

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.