Merts: "2026-cı il Avropa üçün həlledici ola bilər"

media-hightechnic-468x90

Almaniya Kansleri Fridrix Merts hesab edir ki, qarşıdan gələn 2026-cı il həm Almaniya, həm də bütövlükdə Avropa üçün həlledici ola bilər.

Yenicag.az xəbər verir ki, bu barədə onun Yeni il müraciətində deyilir.

Müraciətin mətni Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti tərəfindən yayımlanıb.

Kanslerin sözlərinə görə, 2026-cı il Almaniya və Avropanın sülh, azadlıq və rifah dövrünə yeni güclə qədəm qoyacağı bir il ola bilər.

O bu ili “irəliləyiş anı” kimi xarakterizə edib.

Fridrix Merts vurğulayıb ki, dünya sürətlə dəyişir və bu dəyişikliklər hər kəsə təsir göstərir.

Almaniyanın üzləşdiyi əsas çağırışlar sırasında o, Ukraynadakı münaqişəni qeyd edib və bildirib ki, bu münaqişə Almaniyanın və Avropanın azadlığı və təhlükəsizliyi üçün birbaşa təhdid yaradır./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa