İrəvan "iki daş" arasında: "Ermənistan Rusiya ilə münasibətləri saxlayaraq Qərblə danışıqlarda..."

media-hightechnic-468x90

“İctimai məkanda yaradılan gərginlik təsviri ilə diplomatik reallıq arasında fərq var”.

Bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın ölkəsinin Rusiya ilə güclü əlaqələri olduğu yönündəki fikirlərinə münasibət bildirən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.media-turalismayilov1

 

T. İsmayılov bildirib ki, sözügedən açıqlama son aylarda dövriyyəyə buraxılan “İrəvan–Moskva xətti qırılır” başlıqlarına müəyyən korrektə gətirir:

“Bu isə göstərir ki, Ermənistan–Rusiya münasibətləri emosional bəyanatlarla izah ediləcək qədər sadə deyil. Çoxqatlı siyasi oyunun tərkib hissəsidir. İctimai məkanda yaradılan gərginlik təsviri ilə diplomatik reallıq arasında fərq var.

Ermənistan son dövrdə paralel diplomatiya aparır. Bir tərəfdən Qərbə doğru açılım görüntüsü yaradılır, digər tərəfdən Rusiya ilə strateji asılılıq saxlanılır. Yəni Mirzoyanın açıqlaması Moskva üçün verilmiş sakitləşdirici mesaj kimi qiymətləndirilə bilər.

Qısacası, İrəvan kəskin dönüş yox, sadəcə manevr edir. Bu manevr isə daxili auditoriyaya “müstəqil siyasət”, xarici tərəfdaşlara isə “alternativlərimiz var” mesajı ötürmək məqsədi daşıyır.

Rusiya ilə münasibətlərin tam qopması Ermənistan üçün real ssenari deyil. Təhlükəsizlik, enerji, iqtisadiyyat və nəqliyyat baxımından Moskva hələ də İrəvan üçün əsas dayaqlardan biridir. Ona görə də tərəflər arasında yaşanan ziddiyyətlər daha çox taktiki xarakter daşıyır və strateji çərçivəni dağıtmır. Pərdəarxasında balans siyasəti dayanır.

Ermənistan Rusiya ilə münasibətləri saxlayaraq Qərblə danışıqlarda mövqeyini gücləndirməyə, Qərbə yaxınlaşma görüntüsü yaradaraq Moskvadan əlavə diqqət və güzəştlər almağa çalışır. Bu, klassik “iki stul” siyasətidir və yeni deyil. Sadəcə indiki mərhələdə bu siyasət daha açıq və riskli aparılır”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa