İŞİD niyə Yalovanı seçdi? – Türkiyənin antiterror gündəmində “İstanbul” faktoru

media-hightechnic-468x90

Yeni il ərəfəsində Türkiyənin Yalova şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat zamanı silahlı qarşıdurma baş verməsi və atışma nəticəsində üç polisin şəhid olması diqqəti bu şəhərə yönəltdi. Bu hadisə həm Yalovanı, həm də Türkiyənin terrorla mübarizə gündəmini yenidən ölkənin əsas mövzularından birinə çevirdi.

Son illərdə Yalova adı təkcə bu əməliyyatla gündəmə gəlmir. İŞİD terror təşkilatı ilə bağlı müxtəlif istintaqlarda, eləcə də PKK/KCK və FETÖ ilə əlaqəli araşdırmalarda Yalovanın adına tez-tez rast gəlinir. Təhlükəsizlik orqanları bunun təsadüfi olmadığını bildirir.

Yalovanın seçilməsinin əsas səbəblərindən biri onun coğrafi mövqeyidir. Şəhər İstanbula həm quru yolu, həm də dəniz yolu ilə çox yaxın məsafədə yerləşir. Bərə və dəniz avtobusu səfərləri sayəsində Yalova ilə İstanbul arasında gündəlik və davamlı hərəkətlilik var. Bu gediş-gəliş insan axınının içində gizlənmək istəyən şəxslər üçün əlverişli şərait yaradır. Ünvan dəyişdirmək, qısa müddətlik gizlənmək və ya görüşmək istəyən şübhəlilər üçün Yalova bu səbəbdən ön plana çıxır.

Digər tərəfdən, Yalova miqyas olaraq nisbətən kiçik bir şəhərdir. Böyük metropollara nisbətən daha sakit görünən bir mühitə malikdir. Buna görə də bura özünü diqqətdən kənarda saxlamaq istəyən şəbəkələr üçün “diqqət çəkməyən” keçid nöqtəsi kimi görünə bilir. Təhlükəsizlik mənbələri dəfələrlə qeyd edir ki, Yalova zaman-zaman təşkilatlanma, gizli görüşlər və logistika baxımından istifadə edilən bir əraziyə çevrilib.

Beləliklə, Yeni il ərəfəsində üç polisin şəhid olduğu əməliyyat bir tərəfdən İŞİD terror təşkilatının növbəti planını pozdu, digər tərəfdən isə Yalovanın niyə tez-tez bu cür dosyelərdə yer aldığını bir daha gündəmə gətirdi.

Amir Aqiloğlu

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa