Bakıda yağış yağacaq

media-hightechnic-468x90

kiolkiokAzərbaycanda sabah havanın temperaturu bu günlə müqayisədə bir qədər də enəcək, bəzi ərazilərdə leysan olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, mayın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, arabir yağış yağacağı gözlənilir. Mayın 21-də küləkli hava şəraiti davam edəcək, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-18, gündüz 20-25 dərəcə isti olacaq. Mayın 21-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək caxacağı, yağış yağacağı gözlənilir. Gecə və axçşam ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli, intensiv olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrlı-ayrı yerlərəd arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.
A.Verdiyev bildirib ki, bu gün və sabah temraturun iqlim normasına yaxınlaşacağı gözlənilir.

media-ziraat-728x90

Bakıda yağış yağacaq

media-hightechnic-468x90

jjjjjjjiuBakı və Abşeron yarımadasında mayın 4-də havanın tutulacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 4-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600