Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO

media-hightechnic-468x90

Fevralın 20-də Bakıda YARADICI Mərkəzdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” keçirilib.

 

 

Yenicag.az xəbər verir ki, əvvəlcə forum vətənimizin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizi və Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sayğı duruşu və milli himnimizin oxunması ilə başlayıb.

Forumun aparıcısı telejurnalist Aynur Kərimli təşkilatçılar adından qonaqları salamlayaraq Azərbaycanda bütün sahələrdə olduğu kimi, mədəniyyət və yaradıcı sahənin inkişafının uğurla davam etdiyini bildirib.

 

Milli Məclisin deputatı Vüqar İskəndərov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov Yaradıcı Sənaye sahə­sinə kütləvi girişin təmin edilməsi, yeni iqtisadi modellərin inkişaf etdirilməsi, insanların etmək istədikləri yeniliklər barədə fikirlərini və ideyalarını bölüşmələri, süni intellekt və texnologiyanın gücü ilə insanların həyatının asanlaşdırılması və yeni texnologiya imkanlarından səmərəli istifadə mövzusunda çıxış ediblər.

 

Forum QHT və media rəhbərlərinin, həmçinin yaradıcı sektorun təmsilçilərinin iştirakı ilə panel sessiyalarla davam edib.

İnsun Yaşam Mərkəzinin təsisçisi Nigar Ələsgərovanın moderatorluğu ilə baş tutan MEDİA və YARADICI sənayenin qarşılıqlı əməkdaşlıq perspektivləri adlı paneldə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azxəbər.az saytının baş redaktoru Hacıbəy Heydərli, sənətşünas, Moderator.az-ın baş redaktoru Xəyalə Rəis, tanınmış telejurnalist, aparıcı Jalə Həsənli, siyasi şərhçi, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış ediblər.

Azərbaycanda ilk sağlam qidalanma mütəxəssisi, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynovanın moderatoru olduğu Yaradıcı sənaye: İnnovativ və dayanıqlı inkişaf mərhələləri mövzusunda baş tutan ikinci panrifdə isə tanınmış jurnalist, Manşet.az-ın həmtəsisiçisi Əli Vəliyev, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydınxan Əbilov, rejissor, Baku.es xəbər saytının rəhbəri Fikrət Məmmədov və gənc şair, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar mövzu ətrafında geniş çxış ediblər.

 

Forumun sonunda məruzəçilərə plaketlər, iştirakçılara isə sertifikatlar təqdim edilib.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa