Baldızını qaçıran şəxsin arxasınca əməliyyat qrupu göndərildi

media-hightechnic-468x90

 

qacirildi0000000005131Sentyabrın 23-dən Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyevanın itkin düşməsi ilə bağlı axtarışlar davam etdirilir.

Bu barədə Cəlilabad rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, 15 yaşlı A.Nağıyevanın tapılması üçün Cəlilabad rayon Pois Şöbəsində əməliyyat qrupu yaradılıb. Əməliyyat-axtarış qrupunun Bakıya gəldiyi bildirilir.

Qeyd edək ki, A.Nağıyevanın Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Qaradağ rayonunun Buta qəsəbəsinə qaçdığı məlum olub. Bir neçə gün öncə kənd sakinlərindən bir nəfər Ə.Məmmədovu həmin qəsəbədə görüb və bu barədə polisə məlumat verib.

A.Nağıyevanı qaçıran şəxs Qaradağ rayonundakı daş karxanalarından birində fəhlə işləyir və həmin şəxs itkin düşən A.Nağıyevanın bacısının həyat yoldaşıdır.(trend)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600