Əfqanıstanın sabiq vitse-prezidenti Əmrulla Saleh “Taliban”çıların Qərb ölkələrinin vətəndaşları olan 9 nəfəri girov götürdüyünü bildirib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Salehin sözlərinə görə, girov götürülənlər arasında BBC-nin əməkdaşı Endryu Nort da olub.
Bu barədə məlumatı adıçəkilən media orqanı da təsdiqləyib.
Qeyd olunur ki, Nort BMT-nin Kabuldakı şöbəsində işləyir. Ondan başqa, daha bir jurnalist və bir neçə Əfqanıstan vətəndaşı da girovluqda saxlanılıb.
Bundan əvvəl isə belə məlumat yayılmışdı ki, “Taliban”ın nümayəndə heyətinin tərkibində Osloya gələn qadınlar Norveçdən siyasi sığınacaq istəyiblər.
Əfqanıstan Xarici İşlər Nazirliyi İqtisadiyyat departamentinin direktoru Şəfi Əzəmin sözlərinə görə, əfqan gənclər və xanımlar xaricdən siyasi sığınacaq almaq istəklərinə ölkədə vətəndaş azadlıqlarının pozulması arqumenti ilə “bəraət” qazandırmağa çalışırlar.
www.yenicag.az