“Biz artıq qiymətlər haqqında danışmışıq“
Rusiya Baş naziri Dmitri Medvedev ölkəsinin Ukraynaya satdığı qazın qiymətini ədalətsiz hesab etmir.
Ukraynadakı hadisələrdən sonra Rusiya hökuməti Ukraynaya satdığı qazın 1000 kubmetrinin qiymətini 268,5 ABŞ dollardan 485 dollara qaldırıb. Bu isə Avropaya satılandan baha qiymətdir. Bununla bağlı jurnalistlərin Baş nazirə ünvanlandığı “sizcə, bir az sərt qərar deyil?” sualına “Xeyir. Sərt deyil” şəklində cavab verib. Rusiyalı nazir Makedoniyanın qaza görə daha çox pul ödədiyini də jurnalistlərin diqqətinə çatdırıb.
“Biz artıq qiymətlər haqqında danışmışıq. Əvvəlki qiymətlər 2009-cu ildəki müqavilədə göstərilən qiymət idi. İndiki qiymət real qiymətdir. Amma 268,5 çox aşağı qiymət idi. Niyə onlar digər ölkələrdən az ödəməlidirlər? Bütün Avrozona ölkələri kimi onlar da müqavilədə göstərilən məbləği verməlidirlər”.