Bolqarıstan prezidenti Moskvadakı tədbirdən imtina etdi
Bolqarıstan prezidenti Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə Moskvada keçiriləcək yubiley tədbirlərinə qatılmayacaq.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, Bolqarıstan liderinin mətbuat xidmətindən bildirilib ki, prezident Rosen Plevneliyev yubiley tədbirlərinə dəvət alıb, lakin onun Moskvaya səfəri planlaşdırılmır.
Dəvətin qəbul edilməməsinin səbəbləri barədə açıqlama verilmir.
Qeyd edək ki, artıq Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Avropa İttifaqı Şurasının sədri Donald Tusk və digər liderlər Moskvada keçiriləcək yubiley tədbirlərində iştirak etməyəcəklərini açıqlayıblar.