Boş qalan yerlərə qəbul olanların qeydiyyatı bu tarixlərdə aparılacaq

media-hightechnic-468x90

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) sentyabrın 9-dan 15-dək (saat 18:00-dək), orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə sentyabrın 9-dan 17-dək (saat 18:00-dək) “portal.edu.az” platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər.

media-banner_tuq

Bu barədə Yenicag.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 246 nəfər (o cümlədən 126 nəfər subbakalavr), tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 15 min 662 nəfər qəbul olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05