Bu bir “qəza gəlirəm deməz” xəbəridir
Rusiyada avtomobil evin hovuzunda çimən qadını vurub
Rus mətbuatının yazdığına görə, inik avtomobili kottecin kərpic hasarını yararaq həyətdəki hovuza duşub. Bu zaman evin sahibəsi hovuzda dincəlirmiş.
Krasnoslobodskaya şəhər sakini xoşbəxtlik nəticəsində qəzadan salamat çıxa bilib.
Ötən günü axşam “VAZ-2115″ markalı avtomobilin sürücüsü Sverdlov küçəsində idarəetməni itirərək şəxsi evin kərpic hasarına girib. Avtomobil evin ərazisində yerləşən hovuza düşüb. Bu zaman hovuzda olan ev sahibəsi yüngül xəsarətlər alıb”, – deyə Volqoqrad sahəsi üzrə dövlət yol hərəkəti müfəttişliyinin nümayəndəsi bildirib.
Sudan çıxarılan qadına ilkin tibbi yardım göstərilib.
Əlavə edək ki, bu küçənin sakinlərinə yol-nəqliyyat hadisəsindən xilas olmağa, nə daş divar, nə də hasar kömək edir.
Təxminən iki həftə əvvəl həmin döngədə belə bir hadisə baş vermişdi. Onda sərnişin və avtomobilin sürücüsü zərər çəkmişdi.