Azərbaycan Kubokunun püşkü atıldı – YENİLƏNDİ/FOTO

Futbol üzrə Azərbaycan Kubokunda 2019/2020 mövsümünün püşkü atılıb.
 
Yenicag.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında baş tutan tədbirdə Premyer Liqada çıxış edən 8 komandadan əlavə, I Divizionun 4 təmsilçisi – “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan”ın da rəqibləri bəlli olub. Komandalar reytinqlərinə əsasən 3 səbətə bölünüb.
 
Əvvəlcə ötən mövsüm Premyer Liqanı 5 – 8-ci yerlərdə başa vurmuş komandaların – “Zirə”, “Sumqayıt”, “Sabah” və “Keşlə”nin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. Bu mərhələnin qarşılaşmaları bir oyundan ibarət olacaq və dekabrın 4-də keçiriləcək. Qaliblər Premyer Liqada ilk 4 yeri tutmuş komandalarla – “Qarabağ”, “Neftçi”, “Səbail” və “Qəbələ” ilə 1/4 finalda qarşılaşacaqlar. Bu mərhələnin ilk görüşləri 15-16 dekabrda, cavab oyunları 19-20 dekabrda keçiriləcək.
 
Yarımfinal oyunları 2020-ci il aprelin 22-də və 29-da, final qarşılaşması isə mayın 16-da təşkil olunacaq.
 
Təsnifat mərhələsi
 
“Sabah” – “Ağsu”
 
“Zirə” – “Qaradağ Lökbatan”
 
“Sumqayıt – “Zaqatala”
 
“Keşlə” – “Kəpəz”
 
1/4 final
 
1. “Qəbələ” – “Sabah” / “Ağsu” cütünün qalibi
 
2. “Səbail” – Zirə” / “Qaradağ Lökbatan” cütünün qalibi
 
3. “Neftçi” – “Sumqayıt / “Zaqatala” cütünün qalibi
 
4. “Qarabağ” – “Keşlə” / “Kəpəz” cütünün qalibi
 
Yarımfinal
 
5. 1 cütünün qalibi – 2 cütünün qalibi
 
6. 3 cütünün qalibi – 4 cütünün qalibi
 
FİNAL
 
5 cütünün qalibi – 6 cütünün qalibi
 
Daha sonra püşklə meydan sahibləri müəyyənləşib. Beləliklə, təsnifat mərhələsində “Ağsu”, “Qaradağ Lökbatan”, “Keşlə” və “Sumqayıt” meydan sahibi olacaq.
 
Qeyd edək ki, I Divizion təmsilçilərindən “Turan Tovuz” və MOİK kubok mübarizəsinə qoşulmayacaq. Ötən mövsüm Azərbaycan Kubokunu tarixində ilk dəfə “Qəbələ” qazanıb./Report/
* * * 14:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2019/2020 mövsümünün püşkatma mərasimi keçiriləcək.

Yenicag.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlanacaq. Püşk Premyer Liqada çıxış edən 8 komandadan əlavə, I Divizionun 4 təmsilçisi – “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan”ın iştirakı ilə təşkil olunacaq. I Divizion təmsilçilərindən “Turan Tovuz” və MOİK kubok mübarizəsinə qoşulmayacaq.

Onlar reytinqlərinə əsasən 3 səbətə bölünəcəklər. Əvvəlcə ötən mövsüm Premyer Liqanı 5 – 8-ci yerlərdə başa vurmuş komandaların – “Zirə”, “Sumqayıt”, “Sabah” və “Keşlə”nin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşəcək. Bu mərhələnin qarşılaşmaları bir oyundan ibarət olacaq və dekabrın 4-də keçiriləcək.

Qaliblər Premyer Liqada ilk 4 yeri tutmuş komandalarla – “Qarabağ”, “Neftçi”, “Səbail” və “Qəbələ” ilə 1/4 finalda qarşılaşacaqlar. Bu mərhələnin ilk görüşləri 15-16 dekabrda, cavab oyunları 19-20 dekabrda keçiriləcək.

Ötən mövsüm Azərbaycan Kubokunu tarixində ilk dəfə “Qəbələ” qazanıb.

COP29