Bu gün bu ərazilərdə qaz olmayacaq

media-hightechnic-468x90

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” İdarəsinin balansında olan “Ağcabədi-Beyləqan” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi və bəzi quraşdırma işlərinin icrasına başlanılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Yenicag.az-a verilən məlumata görə, bu məqsədlə saat 10:00-dan işlər başa çatana qədər Beyləqan rayonunun mərkəzində, eləcə də bir neçə kənd və qəsəbədə qaz təchizatı dayandırılıb.

Saat 14:00-dan etibarən işlər başa çatanadək Yevlax rayonunun bir neçə yaşayış sahəsində də qaz məhdudiyyətləri tətbiq olunacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz xəttində sazlama işləri aparılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600