"Bu il zəvvarlar arasında xəstəlik halları əvvəlki illərlə müqayisədə azalıb" - QMİ rəsmisi açıqladı

media-hightechnic-468x90

“Əvvəlki illərlə müqayisədə bu il zəvvarlar arasında xəstəlik halları nisbətən aşağıdır.”

media-banner_tkm

Yenicag.az  xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.

QMİ rəsmisi bildirib ki, zəvvarlarımızın səhhəti ilə bağlı vəziyyət yaxşıdır:

“Bu il əvvəlki dövrlərlə müqayisədə xəstəlik halları nisbətən aşağıdır. Zəvvarlar özlərini yaxşı hiss edirlər. Həccin son ayinlərini yerinə yetirirlər.”

V.Cahangiri azərbaycanlı zəvvarların vətənə nə vaxt dönəcəyini də açıqlayıb:

“Zəvvarların vətənə ilk dönüşü iyun ayının 16-da baş tutacaq.”

Qeyd edək ki, bu il Azərbaycandan 1250 zəvvar Həccə yola düşüb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05