Bu maliyyə qurumları İnvestisiya Holdinqinin idarəetməsinə verildi - FƏRMAN

media-hightechnic-468x90

Prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” 7 avqust 2009-cu il tarixli və “Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 9 fevral 2009-cu il tarixli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Yenicag.az xəbər verir ki, bundan başqa, dövlət başçısı “Azər-Türk Bank” ASC-nin və Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Bu sənədlərə əsasən, ABB, “Azər-Türk Bank” və “Azərsığorta” holdinqin idarəetməsinə verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa