Bu ölkədə ətin qiymətlərinin dövlət tənzimlənməsi tətbiq edilir

media-hightechnic-468x90

Qırğız Respublikasında ətin bahalaşmasının qarşısını almaq üçün qiymətlərin dövlət tənzimlənməsinin tətbiqi barədə qərar qəbul edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Qırğız Respublikasının Su Təsərrüfatı, Kənd Təsərrüfatı və Emal Sənayesi Nazirliyi məlumat yqyıb.

Bildirilib ki, dövlət tənzimləməsinin məqsədi ətin qiymətinin artmasının qarşısını almaq, mal-qaranın sərhəddən keçirilməsinə nəzarət etmək və onun ixracına kəmiyyət məhdudiyyətləri tətbiq etməkdir.

İqtisadiyyat və Ticarət Nazirliyi yanında Antiinhisar Tənzimləmə Xidmətinə ölkə ərazisində ətin qiymətləri ilə bağlı daimi monitorinq və təhlillər aparmaq tapşırılıb.

Nazirlik yanında Baytarlıq, Heyvandarlıq, Otlaq və Yem İnkişafı Xidmətinə heyvanların daşınması ilə məşğul olan fərdi sahibkarlar üzərində baytarlıq-sanitariya nəzarətini gücləndirmək, Sərhəd Xidməti ilə birlikdə qaçaqmalçılıqla mübarizə sahəsində konkret tədbirlər görmək tapşırılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa