Bu qayda Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq

media-hightechnic-468x90

“Sığorta hadisəsi nəticəsində zərərçəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərar əsasında ƏƏSMN-nin nəzdində Tibbi Sosial Ekspertiza Agentliyinin mütəxəssisləri ilə bu işi aparacaqlar:

“Məndə olan məlumata görə, müayinələrin aparılmasının yeni qaydaları nazirlik tərəfindən müəyyənləşib. Bu beynəlxalq normalara uyğun əsasnamədir. Artıq hazırlanıb. Bu qanun qəbul olunduqdan sonra o da qüvvəyə minəcək”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa