!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu qruplarda suallar çətin salınıb? – “Abituriyentlər bəzən ən bəsit sualı belə, cavablaya bilmirlər”

!Reklam – Yazi

“Birinci cəhdlə ikinci cəhd imtahanları arasında müəyyən qədər çətinlik fərqi olsa da, bu, o qədər də ciddi dərəcədə deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında abituriyentlər arasında yayılan 2-ci və 3-cü ixtisas qruplarında keçirilən ikinci cəhd qəbul imtahanın çətin salınması fikrinə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

Ekspert istər magistratura, istərsə də bakalavriatura təhsil səviyyəsi üzrə ikinci cəhdin birinci cəhddən daha çətin olması fikri ilə razı deyil.

“Bu hansı proqnoza, hesablamalara əsasən deyilməsi ilə nə razılaşıram, nə də bunu inkar edirəm. Sadəcə, bunu nəyə-hansı tədqiqata, hesablamaya, araşdırmaya, dataya əsasən deyildiyini anlaya bilmirəm. Fikrimcə, faktlar əsasında danışmaq lazımdır. Bu gün ictimai nəqliyyatdan tutmuş sosial şəbəkələrə qədər 2-ci və 3-cü ixtisas qruplarında keçirilən ikinci cəhd imtahanlarının daha mürəkkəb olduğundan xəbər verirlər. Lakin mən bu mürəkkəbliyi özündə əks etdirən bir faktla belə rastlaşmamışam. Yalnız ötən gün bir müəllimdə bir fakt gördüm. Cavablaması çox vaxt tələb edən bir sualı qeyd etmişdi və haqlı olaraq bu sualın həddindən artıq vaxt apardığını bildirmişdi. Mən həmin fakt əsasında araşdırma apararaq, həmin müəllimin haqlı olduğunu anladım. Lakin bir nüansı qeyd etmək lazımdır ki, belə sual birinci cəhddə də olmuşdu. Lakin əmin ola bilərsiniz ki, birinci cəhdlə ikinci cəhd imtahanları arasında müəyyən qədər çətinlik fərqi olsa da, bu o qədər də ciddi dərəcədə deyil. Sadəcə, burada incə, psixoloji məqamlar var. Birinci cəhddə suallar çətin olsa da, abituriyentlər müəyyən problemlərlə üzləşsə də, əmin idi ki qarşıda hələ bir şans da var. Bu psixoloji rahatlıq onlara bəzi detallarda narazılıq etməyə imkan vermir”, – deyə o bildirib.

Mütəxəssis qeyd edib ki, testalogiyanın öz prinsipləri var:

“Burada hazırlanmış testlərdə onun formasından – açıq və ya qapalı olmasından asılı olmayaraq, ağırlıq dərəcəsinə görə 3 qrupa – asan, orta və çətinə bölünür. Bu dərəcələr suallar arasında bölüşdürülür. Məsələn, ədəbiyyat fənnindən 25 sual salınıbsa, 6-cı sual dərəcəsinə görə çətin, 16-cısı asan, 23-cü orta ola bilər. Bunlar paylaşdırılır, lakin say yerində qalır. İkinci cəhd artıq son pillədir. Fəslin yay olması, insanların istirahət etdiyi, tətilə çıxdığı bir vaxtda imtahan verən şəxslər artıq psixoloji cəhətdən bir qədər yorulmuş olur. Təsəvvür edin, qəbul imtahanına iki il hazırlaşan şəxslər var və artıq hər şeyin sonlanmasını istəyir. Sonda sual kitabçası ilə üz-üzə gəldikdə, ona hər bir sual psixoloji cəhətdən çətin gəlir. Hətta bəzən ən bəsit sualı belə, cavablaya bilmirlər. Düşünürəm ki, bu məsələdə abituriyentləri də başa düşmək lazımdır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv