Xankəndidə mənzillər satışa çıxarılacaq

media-hightechnic-468x90

Xankəndidə mənzillər satışa çıxarılacaq.

Bu barədə Yenicag.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezident xüsusi nümayəndəsi Elçin Yusubov məsələ ilə bağlı bildirib ki, sahibkarlar şəhərdə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının inşasına başlayıb və tikinti başa çatdıqdan sonra mənzillər satışa çıxarılacaq:

“Artıq Xankəndidən mənzil almaq istəyən vətəndaşlardan xeyli müraciət daxil olub. Mənzillərin satışı həm nağd şəkildə, həm də kreditlə mümkün olacaq. Sahibkarların banklarla imzaladığı müqavilələr əsasında vətəndaşlara kreditlə mənzil almaq imkanı yaradılacaq. Bu prosesin şəffaf və rahat həyata keçirilməsi üçün sahibkarlara zəruri dövlət dəstəyi göstəriləcək”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa