“Bulbul” qasırğası 10 can aldı

Hindistanın şimal-şərqində tüğyan edən “Bulbul” qasırğası azı 10 nəfərin ölümünə səbəb olub.

Yenicag.az xəbər verir ki, Orissa və Qərbi Benqaliya ştatlarında 60 mindən çox ev dağılıb.

Məlumata görə, bəzi kəndlər su altında qalıb, aeroportların və dəmiryol nəqliyyatının işində ləngimələr olub.

Qeyd edək ki, dünən Banqladeşin cənub və cənub-şərq sahillərini vuran “Bulbul” qasırğasının səbəb olduğu leysan və kəskin havanın 3 nəfərin ölümünə səbəb olduğu, 1.5 milyon insanın təxliyə olunduğu bildirilmişdi.

COP29