Casus yuvası DAĞIDILDI: “Yalan və dezinformasiya yaymaqla məşğuldurlar”

media-hightechnic-468x90

“Onlar Azərbaycanda casusluq edib faktlar toplayaraq Rusiyaya ötürməklə, yaxud ölkəmizə qarşı yalan və dezinformasiya xəbərləri yaymaqla məşğuldurlar”.

Bunu Yenicag.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib.

media-whatsapp-image-2025-07-01-at-13-25-58

M.Ələsgərli qeyd edib ki, Azərbaycanda media orqanlarının Rusiyada bir və ya iki nəfər əməkdaşı olduğu halda, “Sputnik Azərbaycanda” əlli-altmışa yaxın işçi heyəti ilə fəaliyyət göstərir:

“Nə işlə məşğuldurlar? Təbii ki, onlar Azərbaycanda casusluq edib faktlar toplayaraq Rusiyaya ötürməklə, yaxud ölkəmizə qarşı yalan və dezinformasiya xəbərləri yaymaqla məşğuldurlar.

O, Azərbaycanın bu media qurumunu qanunvericiliyə dəvət etməsinə baxmayaraq, “Sputnik Azərbaycanda”nın fəaliyyətini davam etdirdiyini bildirib:

“Bugünə qədər bu redaksiya öz fəaliyyətini böyük heyətlə davam etdirirdi”.

Ələsgərli, 2022-ci ildə “Sputnik Azərbaycanda” fəaliyyət göstərən 4 nəfər azərbaycanlı həmkarımızın istefa verməsini təsadüfi saymadığını da qeyd edib:

 “Səbəb, hazırlanan materialların Rusiya tərəfindən həqiqəti ifadə etməyən və öz dövlət siyasətinə uyğun şəkildə dərc olunmasını istəməsi idi. Ukraynada müharibə başladıqdan sonra Avropa İttifaqı səviyyəsində qərar verilib ki, Rusiyaya məxsus media subyektlərinin – xüsusi olaraq “RussianToday – RT” və “Sputnik” şəbəkələrinin – Avropada yayılmasının qadağan edilməsini qərara alıb . Bu qərarın mətnində açıq-aşkar göstərilirdi ki, Rusiya, sözügedən media şəbəkələri vasitəsilə Avropa ölkələrində casusluq, eyni zamanda dezinformasiya və təxribatçı məlumatlar yaymaq üçün istifadə edib”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600