Cəlalı ömürlük həbs cəzası gözləyir
Yekaterinburqda 2001-ci ildə iki qızı öldürməkdə təqsirləndirilən 53 yaşlı Cəlal Mikanayevin işi məhkəməyə verilib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Təhlükəsizlik qüvvələri 54 yaşlı Cəlalı cari ilin aprel ayında Uralmaş mikrorayonunun Staxanovskaya küçəsindəki doqquzmərtəbəli binanın mənzilində saxlayıb.
Cinayət hələ 2001-ci ildə baş verib, ancaq indi onun üstü açılıb. Qurbanlar kazino işçisi olan iki qızdır.
Prokurorluq müəyyən edib ki, içki məclisindən sonra mübahisə baş verib. Təqsirləndirilən şəxs stolun üzərindəki stəkanı sındıraraq qadının başını stolun üstündəki şüşələrə vurmağa başlayıb. Sonra Cəlal hər qızı kəmərlə boğub.
Bildirilib ki, 2001-ci ilin sentyabrında hadisə yerindən üzərində barmaq izi olan konyak şüşəsi tapılıb. Sonrakı yoxlama zamanı şüşə butulkada tapılan barmaq izi ilə 2001-ci ilin dekabrında başqa bir qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin barmaq izi arasında uyğunluq aşkar edilib.
Rusiya Federasiyasının Sverdlovsk İstintaq Komitəsi qeyd edib ki, həmin şəxs ikiqat adam öldürmədə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi) ittiham olunub. Onu ömürlük həbs cəzası gözləyir.
Polis izah edib ki, onlar həmin şəxsi mənzilində saxlayıblar. Daha sonra xüsusi təyinatlılar evə daxil olublar: “Müttəhim əvvəllər cinayət məsuliyyətinə cəlb edilib, o cümlədən adam öldürmə, qanunsuz silah alveri, cinsi cinayət və oğurluq.
Mikayanayev təqsiri tamamilə rədd edib./unikal