Cərimə, cinayət işi, məhkəmə... - Toy reydləri davam edir

media-hightechnic-468x90

Avqustun 13-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 131 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, monitorinq 129 şadlıq sarayında, iki şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– Dörd nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

– İki nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

– Bir nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

– 80 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600