CIA şefinin gizli Kiyev səfəri…
Ukraynanı Rusiyaya qarşı silahlandırır
Amerikanın Ukraynadan vaz keçmək fikri yoxdur. Bu səbəbdən də, müxtəlif kanallarla Rusiyaya qarşı dirəniş üçün rəsmi Kiyevlə görüşülür.
Yenicag.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ən son CIA başqanı Con Brennan Kiyevdə olub. “Fusion” televiziyasına verdiyi açıqlamada iki həftə öncə Ukraynaya getdiyini təsdiqləyən Brennan bu səfərini belə izah edib: “Ukraynalı ortaqlarımız və dostlarımızla işbirliyi üçün oradaydım”.
O, işbirliyinin ukraynalıların ölkədə istiqrarı bərpa etmək üçün ehtiyac duyduqları məlumat və vasitələrin təmin edilməsi anlamına gəldiyini də ifadə edib.