CNN: “ABŞ 530 mindən çox miqrantın yaşayış icazəsini ləğv edəcək”

media-hightechnic-468x90

ABŞ Daxili Təhlükəsizlik Departamenti yüz minlərlə miqranta ölkədə yaşamaq və işləmək icazələrinin ləğv edildiyini və ölkədən getməli olduqlarını bildirən məktub göndərib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə bildirişin surətinə istinadən CNN məlumat yayıb.

Bunlar keçmiş prezident Co Bayden administrasiyasının başlatdığı humanitar proqram çərçivəsində ABŞ-a daxil olan Kuba, Haiti, Nikaraqua və Venesuela vətəndaşlarıdır.

Ümumilikdə, “CHNV” kimi tanınan proqram çərçivəsində 530 000-dən çox insan humanitar yardım alıb.

Proqram iştirakçılarının elektron poçt ünvanlarına göndərilən sənəddə deyilir: “Bununla sizə humanitar giriş icazənizin ləğv edildiyini bildiririk. Əgər ölkəni tərk etməsəniz, sizə qarşı şəxsi məsələləri həll etmək imkanı olmadan həbs və deportasiya daxil olmaqla, icra tədbirləri görülə bilər”./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05