Çobandan inanılmaz fırıldaq: Bir qoyunu satıb, digərini kəsdi, sonra polisə şikayət etdi

media-hightechnic-468x90

Lənkəran rayonunda fermadakı qoyunlardan birini satıb, digərini kəsən çoban həmin qoyunların oğurlanması haqda polisə şikayət edib.

Yenicg.az xəbər verir ki, rayonun Liman şəhəri ərazisində yaşayan Əhliman Qasımov polisə çobanlıq etdiyi fermanın yaxınlığında örüş sahəsinə buraxdığı heyvanlardan 2 baş qoyunun tanımadığı şəxslər tərəfindən avtomobilə qoyularaq oğurlandığını bildirib.

Keçirilən tədbirlər nəticəsində oğurluq hadisəsinin baş vermədiyi müəyyən edilib.

Ə.Qasımovun həmin xırdabuynuzlu heyvanlardan birini satdığı, digərini isə kəsərək qohumlarına verdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600