Cüdoçularımız Avropa Kata çempionatında iştirak edəcəklər

media-hightechnic-468x90

Azərbaycan cüdoçuları 10-11 iyunda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa Kata çempionatında iştirak edəcək.

Bu barədə Yenicag.az-a Azərbaycan Cüdo Federasiyasından bildirilib.

İyirmi ölkədən 306 idmançının iştirak edəcəyi yarışda Azərbaycan böyüklər arasımda 6 idmançı ilə təmsil olunacaq. Cüdoçular “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.

Kata çempionatının ilkin yarışları 10 iyunda başlayacaq, finallar isə 11 iyunda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan cüdoçuları 12-14 iyunda Sarayevoda baş tutacaq Kodokan seminarında iştirak edəcək.

“Nage-no-Kata”

Malik Alahverdiyev – tori (hücum edən idmançı)

Samir İsmayılov – uke (hücum edilən idmançı)

İsmayıl Rzayev – tori

İbrahim Aslanov – uke

“Katame-no-Kata”

Rafiq Nəcəfov – tori

Əmrah Əhmədov – uke.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600