Daha iki bank dolları limitsiz satır

Daha iki bank yanvar ayının 31-dən, yəni bu gündən etibarən xarici valyuta satışa limiti götürüb.
“GünyaBank”dan Yenicag.Az-a verilən məlumata görə, dollar və avro artıq limitsiz olaraq satılır.

Hazırda bank dolların alış məzənnəsi 1.9350 manata, satışı isə 1.9650 manatdır.
Avronun isə alışı 2.057 manat, satışı isə 2.1070 manatdır.

Dünən yalnız 500 dollar satan “Bank Avrasiya” da bu gün limiti aradan götürüb. Qeyd edək ki, bu bankda dolların alışı 1.9000 manatadır, satışı 1.9800 manatadır.

Yenicag.Az