ABŞ-nin təhlükəli davranışlarının Azərbaycana TƏSİRİ: Devalvasiya gözlənilir?

media-hightechnic-468x90

“ABŞ Venesuelanı işğal edərək neftin qiymətində ucuzlaşmaya səbəb olarsa, Azərbaycanda devalvasiya riski ola bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib.

Ekspert Amerikanın Venesuelanın işğalını mümkünsüz hesab etdiyini bildirib:

“Düşünürəm ki, ABŞ Venesuelada hər hansı bir işğal əməliyyatı keçirə bilməyəcək. Hazırkı dönəmdə düşünürəm ki, Venesuelanı öz təsiri dairəsinə sala bilər. ABŞ-nin ən böyük şirkətlərindən biri elə Venesuelada neft hasilatı ilə məşğul olur. Bu məsələ çox həssas məsələdir və işğal məsələsi Rusiya – Ukrayna müharibəsi fonunda Rusiyaya haqq qazandırmış kimi hesab edilə bilər. Ona görə də ABŞ hərbi müdaxilə məsələsində bir az ehtiyatlı davranacaq. Buna baxmayaraq, ABŞ hər hansısa yolla Venesuelaya təsir göstərməyə çalışacaq”.

İqtisadçı qeyd edib ki, əgər işğal baş verərsə və neft ucuzlaşarsa, bunun Azərbaycana da təsirləri olacaq:

“Valyuta axını azala, büdcə kəsirləri yarana bilər. Əlavə olaraq maaş, pensiyaların ödənilməsində müəyyən çətinliklər yarana bilər. Mərkəzi Bankın, Dövlət Neft Fondunun ehtiyatları əriyə bilər. Eləcə də bu hadisə Azərbaycan manatını zəiflədəcək, devalvasiya riski olacaq. Aydın məsələdir ki, ölkəyə vəsait az daxil olduqda idxal-ixrac əməliyyatlarında problemlər yaşana bilər. Bir sıra məsələlər DNF-dən gəlir gəlmədikdə Azərbaycan iqtisadiyyatı üçün silsiləli və dolayı risklər yaradır. Ona görə də büdcə planlaması həyata keçirilərlək 3 ssenari müəyyənləşir. Ən pessimist ssenari odur ki, neftin qiyməti 50 dollardan aşağı düşərsə, bu, Azərbaycan iqtisadiyyatı üçün çox çətin dövrün başlanğıcı deməkdir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa