Daşkəsəndə REYD – Cərimələnənlər var

Daşkəsən rayonunda polis reyd keçirib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Daşkəsən RPŞ DYP Bölməsinin əməkdaşları tərəfindən rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də, nəqliyyat vasitələrini ikinci cərgədə saxlayan sürücülərin maarifləndirilməsi məqsədilə reydlər təşkil edilir.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan 20-yə yaxın avtomobilin sahibi barəsində inzibati protokollar tərtib olunub.