Dəhşətli avtobus qəzası – 5 ölü, 40 yaralı

Polşada Poznan – Xerson reysini həyata keçirən avtobus qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində 5 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 14-nün vəziyyəti ağırdır.

Məlumata əsasən, avtobusda 57 sərnişin olub və onlar Ukrayna vətəndaşları olub.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Loading...