Türkiyənin Elazığ əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb.
Yenicag.az-ın məlumatına görə, zəlzələ nəticəsində 87 bina dağılıb. Dağıntılar altından xilas edilənlərin sayı 45-ə çatıb.
Xatırladaq ki, yanvarın 24-ü yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib.
www.yenicag.az