Deputatlar arasında yumruq davası

tbmm_2sy3636Türkiyə parlamentində (TBMM) deputatlar arasında dava baş verib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TBMM-də hərbi xidmətlə bağlı qanun layihəsinin müzakirəsi zamanı hakim AKP təmsilçiləri ilə HDP-li deputatlar yumruq davasına çıxıblar.

Davaya CHP-li millət vəkilləri müdaxilə edib. Parlamentin iclasına fasilə verilib.