Türk Dünyası Gələcəyin Liderləri Forumu baş tutdu

media-hightechnic-468x90

:Eskişehir Azərbaycanlılar Derneği Akademi Birimi” tərəfindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “təhsikdən iş dünyasına” mövzuku Türk Dünyası Gələcəyin Liderləri Forumu keçirilib.

Yenicag.az xəbər verir ki, forum Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və ESAZDER Akademiyasının birgə təşkilatçılığı ilə baş tutub.

ESAZDER Akademiyasının rəhbəri Dr. Nurlan Maarif və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası sədr müavini Settar Kayanın açılış nitqləri ilə başlayan mərasimdə ümummilli lider Heydər Əliyev başda olmaqla, türk dünyasının dövlət xadimləri və şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Tədbirdə həmçinin Kütahya Azərbaycanlılar Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri İlqar İdrisov, dərnək rəhbərliyi və üzvləri ilə birlikdə iştirak etmişdir. Akademik dairələr, iş dünyası nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri və tələbələrdən ibarət geniş iştirakçı tərkibi proqramın əhəmiyyətini bir daha nümayiş etdirib.

“Təhsildən Biznes Dünyasına Çoxşaxəli Baxış” panel iclası Dos. Dr. İnci Oya Coşkunun moderatorluğu ilə həyata keçirilib. Panel çərçivəsində Prof. Dr. Mehmet Başar – qlobal karyera imkanları və beynəlxalq iş mədəniyyəti, Prof. Dr. Gökçe Yüksek – xidmət sektorunda çoxmədəniyyətli komandalarla işləməyin üstünlükləri və çətinlikləri, Vəli Səfərov – gənc sahibkarlar, rəqəmsal iqtisadiyyat və innovasiyanın biznes dünyasına təsiri, Dr. Asif Qurban – Türkiyədə təhsil alan beynəlxalq tələbələrin əmək bazarına inteqrasiyası və peşəkar təcrübələri mövzularında bilik və təcrübələrini iştirakçılarla bölüşüblər.

Tədbirin sonunda panel iştirakçılarına plaketlər və təşəkkürnamələr təqdim edilib.

Bağlanış nitqi ESAZDER sədri, əczaçı Cavid Aydın tərəfindən səsləndirilib. O, türk dünyasını bir araya gətirən bu cür elmi və peşəkar platformaların davamlılığının vacibliyini vurğulayıb.

Forum proqramı günün ikinci yarısında təşkil olunan iki seminar ilə davam etdirili . Bu çərçivədə ilk olaraq Eskişehir Ticarət Palatasının baş katibinin müavini Okan Adıyaman tərəfindən karyera planlaşdırılması, iş həyatında fərdi inkişaf və qlobal karyera hədəfləri mövzularını əhatə edən seminar keçirilib.

Daha sonra diksiya təlimçisi və rejissor Şeker Aybala tərəfindən keçirilən ikinci seminarda ictimaiyyət qarşısında təsirli görünüş, bədən dili, qavrayışın idarə olunması və ünsiyyət bacarıqları mövzuları müzakirə edilmişdir. Praktiki izahlarla zəngin olan seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Forum proqramı saat 16:00-da təşkil olunan “Bermuda” komandalararası intellektual bilik yarışı ilə yekunlaşıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa