Merts görüşü tərk etdi
Almaniya Kansleri Fridrix Merts Ukrayna lideri Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff arasında keçirilən görüşü tərk edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Die Welt” qəzeti məlumat yayıb.
Mertsin köməkçisi Günter Sautter danışıqlarda iştirak edir. Kanslerin görüşdən çıxmasının səbəbi açıqlanmayıb.
Tərəflər arasında danışıqlar Berlində keçirilir./Report/












