Dezinformasiya və jurnalistika mövzusunda təlim keçirildi

media-hightechnic-468x90

Jurnalistlər üçün “Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim təşkil edilib.

Yenicag.az xəbər verir ki, təlim Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Media İnkişafı Agentliyinin iqamətgahında baş tutub.

BMT Müxbirlər Assosiasiyasının üzvü olan təlimçi Stefano Vaccara və Jordan Dakamseh azərbaycanlı jurnalistlərlə öz təcrübələrini bölüşməklə yanaşı, texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə dezinformasiya və misinformasiya ilə mübarizə aparma yollarından bəhs ediblər.

Onlar həmçinin jurnalistikada neytrallığın obyektivliklə eyniyyət təşkil etmədiyini vurğulayaraq obyektivliyin jurnalistikanın sütununu təşkil etdiyini vurğulayıblar.

Təlim çərçivəsində sosial media platformaları vasitəsilə sürətlə yayılan yalan xəbərlərin qarşısını almaq üçün media savadlılığının məktəblərdə tədris proqramına əlavə edilməsinin önəminə də diqqət çəkilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600