Dünyanı heyrətləndirən kəşf: Ən parlaq ulduz niyə işığını itirir?

media-hightechnic-468x90

Orion bürcündə yerləşən və ən parlaq ulduzlardan biri olan “Betelgeuse” uzun illərdir, müzakirə olunan bilinməzliyi aydınlığa qovuşur. 

Yenicag.az xəbər verir ki, NASA-nın Ames Tədqiqat Mərkəzindən Stiv Houelin rəhbərliyi ilə aparılan araşdırmada “Gemini North” teleskopu vasitəsilə Dünya atmosferindən qaynaqlanan pozulmalar minimuma endirilib və əvvəllər müşahidə olunmayan bu obyektin izi tapılıb.

10 milyon yaşında olan “Betelgeuse” Günəşin 15 qat kütləsinə, 700 qat həcmə malikdir və son proqnozlara əsasən, 100 min il ərzində supernova partlayışı ilə “can verəcək”.

Alimlər bu dövrəni və 2019-2020-ci illərdə ulduzun parlaqlığının kəskin azalmasını “Betelgeuse”un yoldaşının varlığı ilə əlaqələndirirdi. Nəhayət, bu fərziyyəni dəstəkləyən müşahidələr əldə edilib.

Alimlərin fikrincə, bu “mavi-ağ” yoldaş ulduz hələ tam formalaşmayıb və “Betelgeuse”un cazibəsinə doğru spirallər çəkərək təxminən 10 min il ərzində onun tərəfindən udulacaq. Yəni bu ulduz “tam doğulmadan öləcək”.

Alimlər bu iki ulduzun 2027-ci ilin noyabrında bir-birindən ən uzaq məsafəyə çatacağını və həmin zaman daha dəqiq müşahidələrin aparılacağını bildiriblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600